Macarıstan üçün türk dövlətləri ilə əlaqələr strateji əhəmiyyət kəsb edib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında deyib.
"Son 7 ildə türk dövlətləri ilə əlaqələr Macarıstan üçün strateji xarakter alıb. Əgər biz birləşmiş ərazi icmalarının potensialını nəzərə almadan yalnız Avropanın iqtisadi inkişaf potensialına güvənsək, Macarıstan iqtisadiyyatı böyük problemlərlə üzləşərdi", - Baş nazir qeyd edib.