Xidmət rəisi: MDB-yə üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrlə Azərbaycan arasında aktiv miqrasiya dinamikası mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov MDB-nin iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 29-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iclasda müzakirə olunan məsələlər üzv dövlətlərin vətəndaşlarının yerdəyişməsinin asanlaşmasına, qanuni miqrasiyanın təşviqinə gətirib çıxaracaq. "Bugünkü iclasda 2025-2026-ci illər üçün təsisatın tədbirlər planının müzakirəsi, şuranın yeni sədrinin seçilməsi, yeni emblemin təsdiqi, təcrübə mübadiləsi və miqrasiya sahəsində milli miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər haqqında danışılacaq", - deyə V. Hüseynov vurğulayıb.