Əsas diqqətimiz Azərbacanla Ermənistan arasında sülhün əldə olunmasına yönəlib - Rubio

Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib.

Trend-in məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

O bildirib ki, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.