Kreml: Rusiya və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir

Moskva, 25 avqust, AZƏRTAC

Rusiya və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O deyib ki, prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş tezliklə baş tutacaq. Görüşün vaxtı və yeri barədə əlavə məlumat veriləcək.