Prezident İlham Əliyev Azərbaycanda məhkum olunan fransızı əfv edib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Trend xəbər verir ki, onların arasında Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var.

O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 10 sentyabr tarixli hökmü ilə məhkum edilmişdi.

Qeyd edək ki, Bakıda metro divarlarını yazan Clerc Theo Hugo 2024-cü ildə Nərimanov rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.