Türkiyədə FETÖ üzvü olmaqda şübhəli bilinən 56 hərbiçi saxlanılıb

Mərkəzi İstanbul olmaqla Türkiyənin 36 vilayətində FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 56 hərbiçi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, faktla bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq zamanı FETÖ ilə əlaqəli hərbçilərdən məsul bəzi mülki şəxslərin müəyyən yerlərdə quraşdırılmış mobil rabitə xəttləri və telefon kabinələri vasitəsilə hərbçilərlə təşkilat arasında əlaqə qurduqları müəyyən olunub.

Bununla bağlı 63 nəfərin saxlanılmasına qərar verilib ki, onların arasında yüksək hərbi rütbəli zabitlər də var. Hazırda hərbi qulluqda olduğu müəyyən edilən şübhəlilərdən 56-sı əməliyyat çərçivəsində saxlanılıb.