Türkiyə və Azərbaycan arasında müxtəlif sahələrdə anlaşmalar var.
Trend xəbər verir ki, bunu "Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər" mövzusunda dəyirmi masa'da çıxışı zamanı MHP sədrinin baş muşaviri Esma Özdaşlı deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında çox ortaqlıqlar var.
"Biz bunu ən Qafqaz İslam ordusu və Çanaqqala ilə örnəkləndirə bilərik. Nuru Paşa hər zaman sizlər tərəfindən Bakı Fatehi olaraq bilinir. Eyni zamanda Azərbaycanlı qardaşlarımız da Çanaqqalada vuruşublar. Azərbaycanın 1991-ci ildə müstəqilliyini tanımaq şərəfinə nail olan ilk dövlət Türkiyə olmuşdu. Şərqin və türk dünyasının ilk cümhuriyyətini də tanıyan ilk dövlət Osmanlı var. Türkiyə Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. 1991-ci ildən etibarən ölkələrimiz arasındakı münasibətlərlə hərbi münasibətlər də güclənib. Xüsusilə Qarabağ zəfərində türk ordu modeli Azərbaycana uğur qazandırmışdır. Şuşa bəyannaməsi ilə ilk dəfə ölkələrimiz rəsmi olaraq müttəfiq oldular. İki ölkənin hərbi gücü yaxşı vəziyyətdədir."