Ukraynan nümayəndə heyəti Rusiya ilə danışıqların ikinci raundunda iştirak üçün Türkiyədədir (YENİLƏNİB)

Rusiya ilə birbaşa sülh danışıqlarının ikinci raundunda iştirak məqsədilə Ukraynanın nümayəndə heyəti artıq Türkiyənin İstanbul şəhərinə çatıb.

Trend bu barədə xarici KİVə istinadən məlumat verir.

Danışıqlarda Ukraynadan olan nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rüstəm Umerov başçılıq edəcək.

07:30

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.