Bu gün İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, iclas çərçivəsində Türkiyə, Rusiya və Ukrayna heyətləri arasında görüş keçiriləcək. Bu gün Türkiyə vaxtı ilə saat 13:00-da İstanbulun Çırağan sarayında başlaması nəzərdə tutulan görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edəcək. İclasda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının da iştirakı gözlənilir.
Toplantıda Rusiya heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik edirlər.