Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın ikinci günü başlayıb.
Trend xəbər verir ki, tədbir çərçivəsində konfrans iştirakçıları Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti üçün “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda mühazirə oxuyacaqlar.
Qeyd edək ki, paralel olaraq ADA Universitetində də müəllim və tələbə heyəti üçün mühazirə oxunacaq.
Xəbər yenilənəcək