Azərbaycanın Baş naziri MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Prezidenti ilə görüşündə iştirak edib

İyunun 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistanın paytaxtı Düşənbə şəhərinə işgüzar səfəri çərçivəsində MDB Hökumət Başçıları Şurasının üzvlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşündə iştirak edib.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.