ABŞ hələki İranın nüvə sazişi təkliflərindən razı deyil - Tramp

ABŞ ilə İran arasında danışıqların yeni raundu iyunun 12-də baş tutacaq, lakin Vaşinqton hələlik Tehranın nüvə sazişi təkliflərinə cavabından razı deyil.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Cümə axşamı İranla görüşümüz var. Beləliklə, cümə axşamına qədər gözləyək", - deyə o Ağ Evdə jurnalistlərə bildirib.

 

"Onlar [İran hakimiyyəti] sadəcə olaraq həyata keçirilə bilməyəcək bir şey istəyirlər. Onlar imtina etməli olduqlarından imtina etmək istəmirlər, [uranın] zənginləşdirilməsini [imkanını] axtarırlar", - deyə ABŞ prezidenti əlavə edib.

"Onlar hələ lazım olan nöqtəyə çatmayıblar. Mən bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir", - Tramp deyib.