Türkiyə parlamentinin sədri TÜRKPA-nın iclasında iştirak edəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında iştirak etmək üçün iyunun 11-də Qazaxıstana səfərə yola düşəcək.

Türkiyə parlamentindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə parlamenti sədrinin də çıxışı nəzərdə tutulan tədbirdən sonra TÜRKPA-ya sədrlik Qazaxıstan Parlamenti Məclisinin sədri Erlan Koşanova keçəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.