İran Silahlı Qüvvələri Baş Qərargah rəisi ölüb

İsrailin İrana hərbi hava hücumu nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri ölüb.

Bu barədə Trend İran KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, onunla birlikdə bir qrup hərbçi də ölüb.

Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən SEPAH baş komandanı Hüseyn Salami ölüb.