İsrailin İrana hücumalarından sonra rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasinin keçirilməsi üçün müraciət edib.
Trend xəbər verir ki, bu haqda IRNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İran Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsinə çağırış edərək, bu beynəlxalq qurumun təcavüzün miqyasını və qlobal sülhə və təhlükəsizliyə yaranan təhdidləri müzakirə etməli olduğunu, eyni zamanda, İsrailin bu əməllərinə görə tam məsuliyyət daşımasının təmin edilməsini istəyib.