İsrail səfərbərlik elan etdi

İranla yaşanan gərginlik fonunda İsraildə ehtiyatda olan zabit və əsgərlərin səfərbərliyi elan edilib.

Trend bu barədə İsrailin “Ynet” portalına istinadən xəbər verir.

 

“İsrail Müdafiə Qüvvələri (IDF) 8 saylı əmrə əsasən, ehtiyatda olan minlərlə hərbçini həyati əhəmiyyətli bölmələrə – Hərbi Hava Qüvvələri, Daxili Cəbhə Komandanlığı, Şimal və Mərkəz Komandanlıqları, Hərbi Kəşfiyyat və Tank Əleyhinə Müdafiə Komandanlığına səfərbər edir”, – deyə məlumatda bildirilir.