İsrail İranla ekzistensial mücadiləyə qədəm qoyub - Kəşfiyyat komandiri

İsrailin İrana qarşı “ekzistensial” mücadiləyə qədəm qoyub.

Trend İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Şlomi Binder bildirib.

“Siz də bilirsiniz ki, biz düşmənin bizi məhv etmək istədiyi bir kampaniyaya qədəm qoyuruq. Bu kampaniya ekzistensial xarakter daşıyır”, -deyə Binder bu səhər komanda mərkəzində əsgərlərə müraciətində deyib.

 

“Siz bunu dəfələrlə eşitmisiniz: onlar nüvə potensialını inkişaf etdirmək üçün çalışır, bu inkişaf sürətlə irəliləyir və çox böyük miqdarda adi silahlar toplayırlar.

Bizim məqsədimiz bu təhdidi zəiflətmək, pozmaq və aradan qaldırmaqdır", - deyə Binder əlavə edib.