İsrail xəstəxanaların mühafizə olunan ərazilərə köçürülməsinə göstəriş verib

İsrailin Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyi bütün xəstəxana personallarının mühafizə olunan ərazilərə, o cümlədən, bomba daldalanacaqlarına köçürülməsinə göstəriş verib.

Bu barədə Trend İsrail KİV-ə istinadən xəbər verir.

 

Səhiyyə Nazirliyi, eyni zamanda, vətəndaşları gərginliyin yaşandığı müddət ərzində təcili tibbi müdaxilə zərurəti istisna olmaqla, xəstəxanalara müraciət etməməyə çağırıb.