Bakı. TurkicWorld:
Can Azərbaycana kömək məsələsində heç bir zaman tərəddüd etmədik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizim Azərbaycana olan dəstəyimiz davam edir. Heç bir vaxt can Azərbaycana kömək məsələsində tərəddüd etməyəcəyik",- deyə Ərdoğan bildirib.
Bundan başqa prezident Ərdoğan vurğulayıb ki, biz hal-hazırda öz hərbi gəmilərini inşa edən 10 ölkədən biriyik. İHA, SİHA, hücum təyyarələrimiz və bir gəmimiz var. Biz regionumuzda sülh və etimadın bərqərar olması üçün səylər göstəririk.