Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi

Bakı. Trend:

Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin edib

Trend xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.

Qeyd edilib ki, general Soner Oruçoğlu artıq hərbi attaşe kimi fəaliyyətə başlayıb.

"Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı S.Oruçoğluna uğurlar arzuladı, vəzifəsinin Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verməsini dilədi", - deyə paylaşımda bildirilib.