Ağdam şəhərinə köçün vaxtı açıqlanıb

Artıq Ağdamın ətrafında 3 kəndə vətəndaşlarımız köçüb.

Trend xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi  Emin Hüseynov deyib.

O bildirib ki, Ağdam şəhərində ciddi infrastruktur işləri davam edir:

 

E.Hüseynov qeyd edib ki, payız aylarında Ağdam şəhərinə köç planlaşdırır:

"Bu münasibətlə hamınızı təbrik edirəm. Biz Ağdam şəhərinə qayıdırıq. Böyük ehtimalla gələn il Ağdamın tarixi mədəni hissəsi tam bərpa olunacaq və əhalimizin istifadəsinə veriləcək"