Çində Ərdoğan Putinlə görüşüb

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

 

Görüşdə siyasətçilərin ikitərəfli əməkdaşlıq və beynəlxalq gündəmdə olan məsələləri, o cümlədən Ukraynadakı vəziyyəti və Yaxın Şərq münaqişəsini müzakirə etdiyi bildirilir.

Müzakirələrin təfərrüatları barədə hələ ki, məlumat verilmir.