Milli Məclisdə əhalinin məşğulluğunun artırılması məsələsi müzakirə ediləcək

Milli Məclisdə “Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ parlamentin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

 

İctimai dinləmə payız sessiyası müddətində Sosial qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.