Yermek Koşerbayev Qazaxıstanın xarici işlər naziri təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yermek Koşerbayevin xarici işlər naziri təyin edilməsi barədə sərəncam imzalayıb.

 

Trend-in məlumatına görə, bundan əvvəl bu vəzifəni tutan Murat Nurtleu vəzifəsindən azad edilərək Qazaxıstan Prezidentinin köməkçisi təyin edilib.