Milli Məclis Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

Azərbaycan Respublikası Milli Məclisi 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

Trend xəbər verir ki, məsələ parlamentin 2025-ci il payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Bəyanatın mətnini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov oxuyub.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.