Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun “Kopenhagen” futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."

Gallery