Oktyabrın 13-14-də Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumatra əsasən, Azərbaycan tərəfindən Azərbaycan Respublikası Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Rusiya Federasiyası Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfini isə yol və şəhərsalma naziri Fərzane Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər.
Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.