Ağdərə rayonunun Vəngli kəndinə növbəti qayıdış karvanı yola salınıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 112 nəfərdən ibarət 28 ailənin qayıdışı təmin edilib.
Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 79 ailə olmaqla 158 nəfər çatacaq.