İtkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları Ağdərədə kütləvi məzarlıqda olublar

Ağdərəyə səfər edən itkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları kütləvi məzarlıqda olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, konfrans iştirakçılarına Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarını göstəriblər.