"Almaniya səfirinin birbaşa siyasi fəaliyyətlə məşğul olduğunu hər kəs görür, bu da Vyana Konvensiyasının tələblərinin pozulmasıdır".
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, səfirin öz dövlətini təmsil etdiyi ölkədə belə davranması qəbuledilməzdir.
“Hamı çox yaxşı görür ki, Almaniya səfiri birbaşa siyasi fəaliyyətlə məşğuldur, bu, Vyana Konvensiyasının və bütün standartların pozulmasıdır. Amma biz hadisələrin inkişafını gözləyəcəyik, qalan hər şey tamamilə aydındır, səfir öz dövlətini təmsil etdiyi ölkədə özünü belə apara bilməz", - deyə, Baş nazir bildirib.