Paşinyan erməni xalqını sülh prosesinə dəstək olmağa çağırıb

Ermənistan vətəndaşları qarşıdakı parlament seçkilərində sülh gündəmini dəstəkləməlidirlər. Belə ki, Cənubi Qafqazda uzun illər ərzində ilk dəfə olaraq sülh üçün şans yaranıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

“Ermənistan vətəndaşlarının sülh gündəmini və sülh prosesini dəstəkləyəcəyinə heç bir şübhəm yoxdur”, - deyə Ermənistanın hökumət başçısı söyləyib.