Türkiyə XİN: Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edirik

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Zəfər Günü ilə bağlı Azərbaycanı təbrik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə XİN-in rəsmi sosial media hesabında paylaşım edilib.

Paylaşımda deyilir: “Azərbaycan xalqının əzm və qəhrəmanlıqla qazandığı Zəfərin beşinci ildönümünü təbrik edir, Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları hörmət və rəhmətlə yad edirik”.