Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb (YENİLƏNİB)

"Milli Şura"nın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.

Trend xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

xxx

14:54

"Milli Şura"nın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Trend xəbər verir ki, o, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün DTX-yə cəlb edilib.

Qeyd edək ki, "Milli Şura"nın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.