Xankəndinin Silahlı Qüvvələrimiz tərəfindən atəşə tutulması yalandır - MN

Bakı. Trend:

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə açıqlamada bildirilir.