Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə platformasında paylaşım edilib.
Paylaşımda deyilir:
"Bu gün, ölkəmizin inkişafı və xalqımızın mənafelərinin qorunması yolunda əzmlə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Cənab Prezidenti səmimi-qəlbdən təbrik edir və ölkəmizin inkişafına yönəlmiş qətiyyətli fəaliyyətində daimi uğurlar arzulayırıq.
Doğum gününüz mübarək, cənab Prezident!"
