Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli dialoqla davam etdirilib - XİN rəhbəri

Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli qarşılıqlı dialoq əsnasında davam etdirilib.

Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, həmçinin il ərzində Çin və Vyetnamla münasibətlər yeni mərhələyə yüksəlib.

"Yaxın Şərqdə və Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın diplomatik təmasları davam etdirilib. Bundan başqa, 2025-ci ildə Tailand və Omanda səfirliklərin rəsmi açılışları olub", - nazir əlavə edib.

Nazir xatırladıb ki, 13 illik fasilədən sonra Suriyada səfirliyin fəaliyyəti bərpa edilib. Bəhreyndə səfirliyin açılmasına dair qanun qəbul edilib.