Milli Məclisin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciəti qəbul edilib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edib.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin mətnini parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov oxuyub.

Müraciət səsverməyə qoyularaq qəbul edilib.