Ərdoğan Trampla Ukrayna münaqişəsini və Qəzzadakı vəziyyəti müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna münaqişəsini müzakirə etmək üçün yanvarın 5-də amerikalı həmkarı Donald Trampla telefon danışığı aparmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti bildirib.

"Bazar ertəsi günü Prezident Trampla telefon danışığım olacaq", - deyə o bildirib.

 

Türkiyə prezidenti qeyd edib ki, müzakirə etməyi planlaşdırdığı mövzular arasında Ukrayna və Qəzza zolağındakı vəziyyət də var.

R.T. Ərdoğan Ukrayna böhranında iştirak edən bütün tərəflərlə, o cümlədən Qərb ölkələri ilə sıx əlaqədə olduğunu vurğulayıb.