Trampın nümayəndələri Putinlə görüşmək üçün Moskvaya səfər edəcək – KİV

ABŞ administrasiyasının xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün yanvar ayında Moskvaya səfər etməyi planlaşdırır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, səfərin və gözlənilən görüşün təqvimi hələ tam təsdiqlənməyib və İrandakı hadisələrlə əlaqədar səfər tarixi bir qədər önə çəkilə bilər.

Digər təfərrüatlar barədə məlumat verilmir.