Paşinyan: Azərbaycanla Naxçıvan arasında kommunikasiyaları açmağa hazırıq

Ermənistan razılaşdırılmış müqavilələr çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi üçün siyasi iradəsini təsdiqləyir.

"Report"un məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı bildirib.