Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək

Milli Məclis Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını ratifikasiya edəcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Belə ki, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi komitə iclasında müzakirəyə çıxarılacaq.