TÜRKPA nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 19-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən diplomatik korpus nümayəndələrinin iştirakı ilə təşkil edilmiş anım mərasimində şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub.