Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi - Litva prezidenti

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı "X" platformasında paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda qeyd edilir:

 

"Litva bu gün 1990-cı ilin yanvar ayında Sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad edərkən Azərbaycanın yanındadır.

Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi. Ruhları şad olsun".