Dövlət Departamenti: ABŞ Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir

ABŞ Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü AZƏRTAC-a açıqlamasında bildirib.

"2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında keçirilən tarixi sülh sammitinə əsaslanaraq, ABŞ Prezident Trampın sülh və rifah vizyonunu inkişaf etdirmək və Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir”,- deyə açıqlamada qeyd olunur.