Omanın paytaxtı Məsqət şəhərində İran və ABŞ-dən olan nümayəndə heyətləri arasında İranın nüvə məsələsinin nizamlanması üzrə danışıqlar yekunlaşıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İran nümayəndə heyəti artıq danışıqların keçirildiyi məkanı tərk edib. Müzakirələrin predmetləri və nəticələri barədə məlumat verilmir.
Bundan əvvəl, İran dövlət televiziyası danışıqların bir neçə gün çəkə biləcəyini söyləmişdi.
xxx
12:02
Omanın Maskat şəhərində İran və ABŞ-dən olan nümayəndə heyətləri arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması ilə bağlı danışıqlar başlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Omanın vasitəçiliyi ilə keçən danışıqlarda ABŞ-dən olan nümayəndə heyətinə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, İrandan olan nümayəndə heyətinə isə ölkənin XİN rəhbəri Abbs Əraqçi rəhbərlik edir.
Danışıqlarda əsas mövzunun İranın uran zənginləşdirilməsi ilə bağlı proqramının olacağı bildirilir.