ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə gerçəkləşdiriləcək səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq.

Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

Bildirilir ki, Ermənistan və Azərbaycan səfəri Prezident Trampın sülh səylərini irəli aparacaq və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) təşviq edəcək.