ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər - Ceyms Devid Vens

ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram.

Trend xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər:

“Bəlkə də çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub saxlaya bildik”.