13-14 fevral 2026cı il tarixlərində Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsindəAzərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəflidəyirmi masa keçiriləcək.
Trend xəbər verir ki, “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, dəyirmi masada hər iki tərəfdən dahageniş iştirakçı qrupu da təmsil olunacaq.
Azərbaycan nümayəndə heyəti bütün müvafiq prosedurlardan keçərək delimitasiya vədemarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olmuşdur. Bu, iki ölkəarasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.
Müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edəcəklər.
Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhünüstünlüklərinə, iki cəmiyyətdə cəmiyyətlərarası münasibətlər qurulmasının ictimai qavrayışına, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın təşviqində vətəndaşcəmiyyətinin roluna həsr olunacaq.
Xəbər yenilənəcək