Münxen Təhlükəsizlik Konfransı bu il də gərgin diplomatik müzakirələrlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, tədbirin ən diqqətçəkən məqamlarından biri Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Volts (Mike Waltz) arasında yaşanan kəskin mübahisə olub. “Politico” nəşri bu qarşıdurmanı konfransın “ən böyük döyüşü” adlandırıb.
Kaya Kallas Vaşinqtonun müttəfiqlərə münasibətini tənqid edərək bildirib ki, ABŞ müharibəyə girdiyi zaman bir çox ölkələr onunla birlikdə hərəkət edir və itkilər verir. Onun sözlərinə görə, belə hallarda ABŞ də tərəfdaşlarının real güc mərkəzi olmasını qəbul etməlidir.
Tərəflər, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş Qəzza üzrə “Sülh Şurası” ideyası ətrafında da fikir ayrılığı yaşayıblar.
“Politico”nun qeyd etdiyi ikinci böyük mübahisə Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə Çexiya Baş nazirinin müavini Petr Maçinka arasında baş verib. Tərəflər Avropa İttifaqında demokratiyanın səviyyəsi ilə bağlı ziddiyyətli mövqelər sərgiləyiblər.