Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sülh Şurasının açılış iclasında iştirak etmək üçün 18-19 fevral tarixlərində Vaşinqtona işgüzar səfər edəcək.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutur.
Zirvə toplantısında Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi, eləcə də regionda sülhün, təhlükəsizliyin və davamlı humanitar dəstəyin təmin edilməsi üçün praktik addımların hazırlanması müzakirə olunacaq.
Qazaxıstan Prezidenti səfər əsnasında, həmçinin Amerikanın iri şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.